"İnter" Valentino Lazaronu transfer edib

"İnter" Valentino Lazaronu transfer edib

"İnter" heyətinə yeni futbolçu cəlb edib. Klubun saytında yer alan xəbərə görə, İtaliya təmsilçisi "Herta"nın yarımmüdafiəçisi Valentino Lazaronu alıb. 23 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün "İnter" Almaniya klubuna 22 milyon avro təzminat ödəyəcək. Qeyd edək ki, V.Lazaro ötən mövsüm Bundesliqada 31 matçda 3 qol vurub, 6 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə