Bir müddət öncə infarkt keçirən "Portu"nun qapıçısı İker Kasilyas bu gün komandası ilə birlikdə yeni mövsümün hazırlıqlarına başlayıb. "AS" nəşrinin yaydığı xəbərə görə, tibbi müayinədən keçən ispaniyalı qolkiperin tam olaraq məşqlərdə iştirak edib-etməyəcəyi hələ bilinmir. Hər şey həkimlərin qərarından asılı olacaq.
Qeyd edək ki, 2015-ci ilin yayından "Portu"da çıxış edən Kasilyas may ayının əvvəlində infarkt keçirmişdi. Onun klubu ilə 1 illik müqaviləsi var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB