"Keşlə"dən iki transfer

"Keşlə" heyətini yeni futbolçularla gücləndirir.

SİA xəbər verir ki, paytaxt təmsilçisi "Zirə"dən ayrılan İlkin Qırtımov və AZAL-ın (indiki "Şüvəlan") sabiq qapıçısı Stanislav Namaşko ilə anlaşıb. Hər iki oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 2014-2016-cı illərdə AZAL-da oynamış Namaşkonun son klubu Monteneqro "Zeta"sı olub. Qırtımov isə 2015-2018-ci illərdə "Keşlə"nin (o vaxtkı adı ilə "İnter") formasını geyinib.

Əlavə edək ki, "Keşlə" bu yay Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Valentin Flores və Ziya Əzizovu heyətinə qatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə