Millimizin üzvü Ramil Şeydayev klubunu dəyişə bilər.
SİA "sports.ru" saytına istinadən xəbər verir ki, "Krılya Sovetov"un 23 yaşlı hücumçusu Moskva "Dinamo"su ilə anlaşıb.
Samara təmsilçisi ilə müqaviləsi başa çatan futbolçunun paytaxt klubunda tibbi müayinədən keçəcəyi bildirilir. Xəbərdə "Dinamo"nun azad agent statusu olan Şeydayevin keçidini həll etdiyi qeyd olunub.
Şeydayev özü də “azerisport.com” saytına faktı təsdiqləyib və hal-hazırda danışıqların davam etdiyini bildirib.
Şeydayev ötən mövsüm Rusiya Premyer Liqasında 18 oyuna çıxıb və 4 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB