Gürcüstan milli komandasının azərbaycanlı idmançısı II Avropa Oyunlarında gümüş medal qazanıb

Gürcüstan milli komandasının azərbaycanlı idmançısı II Avropa Oyunlarında gümüş medal qazanıb

Gürcüstan milli komandası Minskdə keçirilən II Avropa Oyunlarında 30 medal qazanıb.

SİA xəbər verir ki, medal qazanlardan biri də azərbaycanlı idmançı Sahil Allahverdiyevdir. O, boks yarışlarında ikinci yerə çıxıb.

Qeyd edək ki, Gürcüstan millisi II Avropa Oyunlarında 6 qızıl, 10 gümüş və 14 bürünc medal qazanıb.

Ölkəyə ən çox medalı sambo, cüdo və sərbəst güləşçilər qazandırıblar.

Bundan başqa, yunan-Roma güləşi, batut, boks, güllə atıcılığı və karateçilər də ölkəyə medal gətiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə