Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi" Türkiyə toplanışını başa vurub.
SİA xəbər verir ki, bakılılar bu gün son yoxlama görüşündə Ukraynanın "Vorskla" komandası ilə qarşılaşıb.
Ukrayna təmsilçisi ilə oyun "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutub. 5 qolun vurulduğu matçda ukraynalılar 3:2 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, toplanış çərçivəsində "OİK-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gələn "Neftçi"nin Rumıniya klubu "Politexnika İaşi” ilə görüşü güclü dumana görə 11-ci dəqiqdə dayandırılmışdı. Paytaxt təmsilçisi bu gün- iyulun 1-də Vətənə dönəcək.
"Neftçi" - "Vorskla" - 2:3
Qollar: Rebenok, 8 (0:1), Vangelis Platellas, 29 (1:1) Dario Frederiko, 33 (2:1), Martinenko, 71 (2:2), Kravçenko, 90+2-pen (2:3)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB