Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karate yarışları davam edir. SİA-nın məlumatına görə, 60 kiloqram çəki dərəcəsində çıxış edən kişi karateçilər kumitedə qüvvələrini sınayırlar.
Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev B qrupunda üç qarşılaşmaya çıxıb. O, İlya Bulatovu (Belarus) 8:0, Emil Pavlovu (Makedoniya) 3:3 hesabı ilə məğlub edib. Ancelo Kresçenzo (İtaliya) ilə 0:0 hesablı heç-heçə edən təmsilçimiz qrupda 1-ci yeri tutub. F.Fərzəliyev bu göstərici ilə yarımfinala yüksəlib. Karateçimiz finala vəsiqə uğrunda rusiyalı Yevgeni Plakhutinlə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 16:56-da başlayacaq.
Qeyd edək ki, bu gün Azərbaycan yığmasının daha iki karateçisi – Rafiz Həsənov (67 kiloqram) və Rafael Ağayev (75 kiloqram) tatami üzərinə çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB