Braziliyada keçirilən Amerika kubokunun ¼ finalında sensasiya qeydə alınıb.

SİA-nın məlumatına görə, qrup mərhələsini yüksək səviyyədə keçirmiş və çempionluğa əsas namizədlərdən sayılan Uruqvay millisi yarımfinal yolunda gözlənilmədən Peru millisinə uduzub. Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatdığından oyun sonrası penalti vuruşlarına ehtiyac duyulub. Burada isə Peru millisinin qapıçısı “Barselona”nın ulduzu Luis Suaresin zərbəsini qaytarmaqla oyunun taleyini öz komandasının xeyrinə həll edib – 4:5

Beləliklə, Amerika kubokunun finalında aşağıdakı cütlklər qarşılaşacaq: Braziliya-Argentina və Çili-Peru.

Bütün xəbərlər Facebook səhifəmizdə