Azərbaycan əsilli Rusiya boksçusu Qabil Məmmədov Avropa Oyunlarının gümüş medalını qazanıb.
SİA xəbər verir ki, Qabil Məmmədov 60 kiloqram çəki dərəcəsində belaruslu Dmitri Asanova məğlub olaraq gümüş medalla kifayətlənib. Bir gün əvvəl həmyerlimiz erməni əsilli Gürcüstan idmançısı Otar Yerosyana qalib gələrək finala çıxmışdı.
Qabil Məmmədov 1994-cü ildə Orenburqda anadan olub. Bir çox mötəbər yarışların, o cümlədən boks üzrə Rusiya çempionatının qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB