Belarusun paytaxtı Minsk şəhərində keçirilən II Avropa oyunlarında Azərbaycan millisi 5-ci qızıl medalına yiyələnib.
SİA xəbər verir ki, karate yarışlarında +84 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Asiman Qurbanlı qızıl medal uğrunda görüşdə xorvatiyalı Anjelo Kveşiçlə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn karateçimiz Avropa Oyunlarının çempionu olub.
Bu II Avropa oyunlarına yollanan idmançılarımızın əldə etdiyi 5-ci qızıl medaldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB