FİDE Prezident Şurası iclasının yekun qərarları bu gün açıqlanacaq

FİDE Prezident Şurası iclasının yekun qərarları bu gün açıqlanacaq

Bakıda təşkil edilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının iclası davam edir. SİA-nın məlumatına görə, bu gün FİDE prezidenti Arkadiy Dvorkoviçin rəhbərliyi altında Prezident Şurasının üzvləri, eləcə də qonaqlar növbəti dəfə müzakirələrə qoşulub. İclasda FİDE-nin və AŞF-nin vitse-prezidenti Mahir Məmmədov, ali şahmat təşkilatının qitələr üzrə rəhbərləri və rəsmiləri iştirak edir.

40-a yaxın məsələnin müzakirə olunduğu iclas axşam saatlarında yekunlaşacaq və mətbuata yekun qərarlar barədə məlumat veriləcək.

Qeyd edək ki, bu gün FİDE Prezident Şurasının iclasına Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının prezidenti Seymur Talıbov da qonaq qismində qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə