Fevralın 9-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində beynəlxalq yoldaşlıq görüşü çərçivəsində futbol üzrə Azərbaycan millisi Macarıstan yığması ilə qarşılaşıb.
SİA-nın xəbərinə görə, "Əl Şabab" stadionunda keçirilən qarşılaşmanın 37-ci dəqiqəsində Macarıstan millisinin futbolçusu Qerqey Rudolf hesabı açıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun 82-ci dəqiqəsində Tamaş Xajnal ikinci topu Azərbaycan yığmasının qapısından keçirib.
Beləliklə, Azərbaycan yığması bu oyunda 2:0 hesabı ilə məğlub olub. Oyunu BƏƏ-dən olan hakimlər briqadası idarə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB