İyunun 28-də Bakıdakı “Hilton” otelində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclası keçirilir. SİA xəbər verir ki, iclasda FIDE prezidenti Arkadi Dvorkoviç, FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, AŞF-in prezidenti Elman Rüstəmov iştirak edirlər.
İki gün davam edəcək iclasda bir sıra vacib məsələlər müzakirəyə çıxarılıb. İclasda, həmçinin federasiyaların üzvlük haqlarının azaldılması məsələsinə baxılacaq.
FIDE Prezident Şurasının iclasının sonunda yekun qərarlar barədə mətbuata məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB