"Mançester Yunayted" heyətinə yeni futbolçu cəlb etmək üzrədir.
SİA “sports.ru” saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Kristal Pelas"ın müdafiəçisi Aaron Van-Bissakın transferini elan etməyə yaxındır. 21 yaşlı oyunçunun İngiltərə klubunda artıq tibbi müayinədən keçdiyi bildirilib. Onunla cümə axşamı rəsmi müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, bu transfer üçün "MY"nın 50 milyon funt sterlinq ödəyəcəyi iddia olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB