Voleybol üzrə milli komandamız olimpiya təsnifat məşqlərinə start verib

“Tokio 2020” XXXII Yay Olimpiya Oyunlarının avqustun 1-dən 3-dək Braziliyada keçiriləcək təsnifat mərhələsində iştirak edəcək voleybol üzrə milli komandamız məşqlərə start verib.

SİA Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, Qızıl Avropa Liqasında millimizin heyətində çıxış edən oyunçuların əksəriyyəti gənclər olsa da, Olimpiya təsnifat oyunlarında millimizin bütün üzvləri iştirak edəcəklər.

Voleybol Mərkəzində məşqlərə başlayan millimizin təlimləri iki komanda formatında təşkil olunacaq. Milli komandamızın baş məşqçisi Covanni Kaprara Olimpiya təsnifat mərhələsində iştirak edəcək oyunçuları hazırda məşq edən iki komandadan seçəcək.

Millimiz təsnifat mərhələsində D qrupunda Dominikan Respublikası, Kamerun və Braziliya yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə