Mariya Stadnik “Minsk 2019”un finalında!

Mariya Stadnik “Minsk 2019”un finalında!

Bu gün “Minsk 2019”un güləş yarışlarının üçüncü günündə Azərbaycanın qadın pəhləvanı Mariya Stadnik (50 kq) finala vəsiqə qazanıb. Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu M.Stadnik yarımfinalda Türkiyə güləşçisi Evin Demirhanı məğlub edib. Güləşçimiz finalda Ukrayna təmsilçisi Oksana Livaç ilə qarşılaşacaq.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov güləşçimizin çıxışını izləyiblər.

“Minsk 2019”da mübarizəyə birbaşa dörddəbir finaldan başlayan M.Stadnik polşalı Anna Lukasiak üzərində təmiz qələbə qazanaraq (10:0) adını yarımfinala yazdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə