Lukakunun “İnter”də alacağı məvacib açıqlanıb

İtaliyanın “İnter” klubunun İngiltərənin “Mançester Yunayted” komandasından transfer etmək istədiyi Romelu Lukakun illik məvacibi açıqlanıb.

SİA “sports.ru” saytına istinadən bildirir ki, belçikalı futbolçu illik 10,6 milyon avro qazanc əldə edəcək. Transferin iyunun 25-də rəsmi açıqlanması gözlənilir.

Lukaku 2017-ci ildə “Everton” klubundan 84,5 milyon avroya və beşillik müqavilə ilə “qırmızı şeytan”ın heyətinə keçib. O, “Mançester Yunayted”in heyətində 45 oyun keçirib 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

İyirmi altı yaşlı hücumçu Belçika millisi ilə 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc mükafatçısıdır. Romelu millidə 81 oyuna 48 qol vurub. O, həmçinin Belçika millisinin tarixində ən çox qol vuran futbolçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə