"Minsk 2019" II Avropa Oyunlarının üçüncü yarış günündə 37 dəst medal sahibini tapacaq

"Minsk 2019" II Avropa Oyunlarının üçüncü yarış günündə 37 dəst medal sahibini tapacaq
"Minsk 2019" II Avropa Oyunlarının üçüncü yarış günündə 7 növ üzrə 37 dəst medal sahibini tapacaq. Bu, Oyunların rekord göstəricisidir. Ümumilikdə isə bu gün mübarizə 10 növü əhatə edəcək. Azərbaycan idmançıları bu növlərdən 6-da çıxış edəcəklər. Boksçular, samboçular və cüdoçular hərəyə 3 çəki dərəcəsində qüvvələrini sınayacaqlar. Eyni zamanda idman akrobatikası, bədii gimnastika, velosiped idmanının şosse, güllə və stend atıcılığı üzrə yarışlar olacaq. 23 iyun Gimnastika 16:03. İdman akrobatikası, dinamik hərəkətlər Qarışıq cütlər, final Ruhidil Qurbanlı-Abdulla Əl-Məsaihi 15:20. Bədii gimnastika Fərdi yarışlar, top, final Zöhrə Ağamirova 15:40. Bədii gimnastika Fərdi yarışlar, gürz, final Zöhrə Ağamirova Sambo 1/4 final, kişilər 11:00. 52 kq Ağasif Səmədov – Gintaras Katkus (Litva) 11:26. 62 kq Cavidan Qarayev – Savvas Karakizidis (Yunanıstan) 11:52. 74 kq Abdulla Abdullayev – Dino-Dominik Sumpor (Xorvatiya) Cüdo, kişilər 11:30. 73 kq Rüstəm Orucov – Sedrik Bessi (Monako) Hidayət Heydərov – İnqvari Mikloş (Macarıstan) Qadınlar 11:30. 63 kq Nuriyə Axundova – Adriana Stefaniya Dobre (Rumıniya) Boks 15:00. 49 kq. 1/8 final Rüfət Hüseynov – David Alaverdian (İsrail) 19:30. 64 kq. 1/16 final Bəxtiyar Qazıbəyov – Enriko Kruz (Hollandiya) 21:00. 75 kq, 1/8 final Kamran Şahsuvarlı – Maykl Nevin (İrlandiya) Velosiped idmanı Şosse 13:00. Kişilər, qrup halında yürüş Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli Atıcılıq Güllə atıcılığı 10:15. Kişilər, pnevmatik tapança, 10 m Ruslan Lunyov 12:15. Qadınlar, pnevmatik tapança, 10 m Nigar Nəsirova Stend atıcılığı 10:00. Kişilər, trap (report)

Bütün xəbərlər Facebook səhifəmizdə