Braziliyadan böyük hesablı qələbə

Braziliyadan böyük hesablı qələbə

Braziliyada keçirilən Amerika kubokunda qrup mərhələsinin 3-c turunda hələlik çempionatın ən böyük hesabı qeydə alınıb. SİA-nın verdiyi xəbərə görə, meydan sahibləri Peru millisini 5 cavabsız qolla məğlub ediblər.

Peru millisinin qapısından qolları Kazemiro (dəq. 12), Firmino (dəq. 19), Everton (dəq. 32), Dani Alves (dəq. 53) və Villian (dəq. 90) keçiriblər. Matça əlavə edilmiş dəqiqələrdə braziliyalı yarımmüdafiəçi Qabriel Jesusun vurduğu penalti zərbəsini Peru millisinin qapıçısı Qalyese qaytarıb.

Qrupun digər oyununda Boliviya Venesuelaya 1:3 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə