"Mançester Yunayted" növbəti transferə hazırlaşır

"Mançester Yunayted" növbəti transferə hazırlaşır

"Mançester Yunayted" mövsümlərarası fasilədə növbəti transferə hazırlaşır.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, mankunyanlar "Kristal Pelas"ın müdafiəçisi Aaron Uan-Bissakanı heyətinə qatmağa yaxındır. "Qırmızı şeytanlar"ın qarşıdakı həftədə keçidi açıqlayacağı iddia olunur. Mançester təmsilçisinin 21 yaşlı futbolçu üçün klubuna bonuslarla birlikdə təxminən 60 milyon funt-sterlinq ödəyəcəyi bildirilir.

Qeyd edək ki, "Mançester Yunayted" bundan əvvəl "Suonsi"dən Daniel Ceymsi heyətinə qatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə