“Qarabağ” Bolqarıstan çempionuna uduzdu

“Qarabağ” Bolqarıstan çempionuna uduzdu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə ilk yoxlama oyununa çıxıb.

SİA-nın məlumatına görə, Ağdam klubu Bolqarıstan çempionu “Ludoqorets”lə qarşılaşıb. Oyun Qurban Qurbanovun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

SİA-nın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi meydana aşağıdakı 11-liklə çıxıb:

"Qarabağ": 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 20. Riçard Almeyda, 8. Miçel, 19. Filip Ozobiç, 17. Abdulla Zubir, 10. Dani Kintana, 11. Mahir Əmrəli


20:00. "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) - 0:2

Qollar: Marselinyo, 17, D. Bakalov, 71

Qeyd edək ki, “Qarabağ” Avstriyada daha 3 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun komandası iyunun 25-də Rumıniyanın “Krayova”, 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə