Azərbaycan idmançıları Belarusda keçirilən II Avropa Oyunlarında növbəti medallarını qazanıb.
SİA xəbər verir ki, sambo yarışlarında 57 kq çəki dərəcəsində mübarizə aparan Mehman Xəlilov bürünc medal uğrunda görüşdə ermənistanlı Maksim Manukyanla üz-üzə gəlib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn samboçumuz çıxışını medalla başa vurub.
68 kq çəki dərəcəsində yarışan Emil Həsənov isə bolqarıstanlı Martin İvanovu vaxtından əvvəl ağrıdoğurucu fəndlə məğlub edərək, bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB