Azərbaycanın daha bir boksçusu II Avropa Oyunlarının 1/8 finalına vəsiqə qazanıb
“Minsk 2019” ikinci Avropa Oyunlarının ikinci günündə - iyunun 22-də digər boksçumuz Loren Alfonso Domingez də rinqə çıxıb.
SİA xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində yarışda mübarizə aparan boksçumuz onaltıdabir finalda ukraynalı Stepan Hrekul ilə üz-üzə gəlib. Qarşılaşmada üstün oyun nümayiş etdirən boksçumuz 3:0 hesabı ilə qalib gələrək səkkizdəbir finala vəsiqəni təmin edib. Səkkizdəbir finalda təmsilçimizin rəqibi Belarus idmançısı Mixail Dauhaliavets olacaq. Bu qarşılaşma iyunun 25-də keçiriləcək.
Xatırladaq ki, ötən gün Tayfur Əliyev (56 kq), bu gün isə Lorenzo Sotomayor (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Cavid Çələbiyev (60 kq) ilk görüşdə qələbə qazanaraq səkkizdəbir finala yüksəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB