Azərbaycan yığmasının daha bir boksçusu Belarusda keçirilən II Avropa Oyunlarında mübarizəyə başlayıb.
SİA xəbər verir ki, Lorenzo Sotomayor (69 kq) 1/16 final görüşünü keçirib. Olimpiya mükafatçımız Qurqen Madoyanla (Ermənistan) üz-üzə gəlib. Boksçumuz erməni rəqibi üzərində inamlı qələbə qazanıb – 5:0.
Qeyd edək ki, L.Sotomayor Maqomed Şaçidova (Almaniya) 3:2 hesabı ilə qalib gələn Adem Fetahoviçlə (Bosniya və Herseqovina) 1/8 finalda görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB