"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer futbolçusu Pol Poqbanın satılmağına razılıq verib.
SİA "Daily Star"a istinadən xəbər verir ki, norveçli mütəxəssisin fransalı yarımmüdafiəçinin satışından əldə olunacaq gəlirlə yeni oyunçular almaq istədiyi vurğulanıb.
Qeyd edək ki, Poqbanın "MY" ilə müqaviləsinin müddəti 2021-ci ilin iyununda başa çatır. Onunla "Yuventus" və "Real"ın maraqlandığı iddia olunur.
Xatırladaq ki, bundan əvvəl "MY"nın Poqbanı komandada saxlamaq üçün 290 min funt-sterlinq olan məvacibini 2 dəfəyə yaxın artırmağa hazır olduğu bildirilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB