“Barselona” Hollandiyadan oyunçu aldı

“Barselona” Hollandiyadan oyunçu aldı

"Barselona" heyətinə yeni futbolçu qatıb.

SİA klubun saytına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi "NAK Breda"nın (Hollandiya) müdafiəçisi Mayk van Beyneni azad agent kimi transfer edib. 20 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb. "Barsa" yeni transferinə 100 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Mayk van Beynen "Barselona"nın əvəzedici komandasında oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə