Adebayor Türkiyə klubundan getdi

Türkiyənin "Başakşəhər" klubu futbolçusu Emanuel Adebayorla yolları ayırıb. Bu barədə Superliqa klubunun rəsmi saytı məlumat yayıb. 35 yaşlı hücumçunun 2020-ci ilə qədər olan müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edillib.

2016-cı ildən İstanbul klubunda çıxış edən Adebayor son mövsümdə 19 oyuna 3 qol vurub. Qeyd edək ki, toqolu forvard karyerası ərzində "Monako", "Arsenal", "Mançester Siti", "Real" və "Tottenhem"də də oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com