"Mançester Yunayted" yay transferlərinə 100 milyon funt-sterlinq xərcləyəcək

"Mançester Yunayted" yay transferlərinə 100 milyon funt-sterlinq xərcləyəcək

"Mançester Yunayted" rəhbərliyinin baş məşqçi Ole-Qunnar Sulşer üçün yay transferlərinə ayırdığı büdcə məlum olub. "ESPN" nəşri yazır ki, mankunyanlar mövsümlərarası fasilədə yeni futbolçuların alınmasına 100 milyon funt-sterlinq xərcləyəcək. Oyunçu satışlarından əldə olunacaq gəlirdən asılı olaraq, məbləğ arta da bilər.

Qeyd edək ki, "Maneçester Yunayted"in əsas transfer hədəfləri "Lester"dən Harri Maquayr və "Kristal Pelas"dan Aaron Uan-Bissakudur. Klubları yüksək təzminat tələb etdiyi üçün "qırmızı şeytanlar" hələlik bu keçidləri gerçəkləşdirə bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə