"Empoli" futbol klubunda növbəti dəfə baş məşqçi istefası reallaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, çalışdırıcı Aurelio Andreatsoli vəzifəsindən qovulub.
Buna səbəb komandanın mövsümü arzulanan yerdə tamamlamamasıdır. Maraqlıdır ki, Andreatsoli mövsüm ərzində ikinci dəfədir ki, postundan qovulur. O, ötən ilin noyabrında da istefaya göndərilmiş, lakin martda geri qaytarılmışdı.
Qeyd edək ki, Empoli geridə qalan mövsümdə 18-ci yeri tutaraq B seriyasına yuvarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB