Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda yeniyetmələr arasında atletika üzrə Azərbaycan çempionatına start verilib. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutan turnirdə qızlar və oğlanlar iştirak edirlər.
Çempionatda 80-ə yaxın atlet birincilik uğrunda mübarizə aparır. Yarışın ilk günündə atletlər qaçışın 3 (100, 400, 3000,) növü üzrə öz güclərini sınayırlar. Bundan başqa, idmançılar üçtəkanla tullanma, nüvəitələmə və nizəatma üzrə də mübarizə aparırlar.
Qaliblər federasiya və nazirlik tərəfin diplom və medallarla təltif olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB