İyunun 13-dən iyulun 7-dək Sahil bağında beşincisi baş tutacaq Baku Food Fest ərazisində ilk dəfə AVRO-2020 layihəsinin təqdimatı keçirilir. SİA-nın məlumatına görə, idman və bayram əhval-ruhiyyəsini birləşdirən təqdimat ərazisində futbol simulyasiyalı unikal stend yerləşdirilib.
Bundan əlavə, Avro-2020 çərçivəsində brendləşdirilmiş kiçik futbol meydançası şəhər sakinlərinin istifadəsinə verilib.
Qeyd edək ki, 24 gün davam edəcək tədbir ərazisində Avro-2020 üçün biletlərin satışı haqqında informasiya nöqtələri də fəaliyyət göstərəcək.
Xatırladaq ki, futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına bilet almaq arzusunda olanların müraciəti üçün qeydiyyat saytı - euro2020.com/tickets iyunun 12-dən fəaliyyətə başlayıb.
Müraciətlərin qəbulunun müddəti iyulun 12-dək davam edəcək. Futbol həvəskarlarının arzusu püşkatma yolu ilə yerinə yetiriləcək. Bununla yanaşı, bilet əldə etmək hüququ müraciətin verilmə tarixindən asılı olmayacaq. Müraciətlərin baxılmasına avqustun sonunadək yekun vurulacaq.
Bakı da daxil olmaqla 12 şəhərdə keçiriləcək çempionata ən ucuz biletlər paytaxtımızla yanaşı, Buxarestdə və Budapeştdə satışa çıxarılacaq. Kateqoriyalardan asılı olaraq, biletlərin qiymətləri 30, 75 və 125 avro təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB