"Ayaks"ın kapitanı Matteys de Liqtin "Barcelona"ya keçidi alınmaya bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb 19 yaşlı futbolçunun xidmətində PSJ və "Yuventus"un da maraqlı olmasıdır. Maliyyə şərtlərində rəqiblərinə uduzan Kataloniya klubunun oyunçunu almaqdan imtina edə biləcəyi deyilir. "Barsa" gənc futbolçuya illik 6 milyon təklif etdiyi halda "Yuventus"da bu rəqəm 10, PSJ-də isə 12 milyondur. Buna görə hollandiyalı müdafiəçinin La Liqa klubuna gedişi inandırıcı görünmür.
Qeyd edək ki, bir neçə gün öncə de Liqtdin 75 milyon avro qarşılığında PSJ-yə keçməyə yaxın olduğu bildirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB