Mauritsio Sarri "Yuventus"a keçir

"Çelsi"nin baş məşqçisi Mauritsio Sarrinin növbəti iş yeri "Yuventus" olacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klublar arasında razılıq əldə olunub. "Çelsi" Sarrini sərbəst buraxmaq qərarına gəlib. "Yuventus" 60 yaşlı mütəxəssisə görə təzminat ödəyəcək. Paketə bonuslar da daxil ediləcək. Sözügedən məbləğin 5 milyon funt həndəvərində olacağı qeyd edilir.

Bu gün Sarrinin rəsmi olaraq London klubunu tərk edəcəyi bildirilir. "Çelsi"də italyan çalışdırıcını komandanın sabiq futbolçusu Frenk Lempardın əvəzləyəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə