"Sumqayıt" "Qarabağ"ın yarımmüdafiəçisini transfer etmək istəyir

"Sumqayıt" "Qarabağ"ın yarımmüdafiəçisini transfer etmək istəyir

"Sumqayıt" transfer fəaliyyətini davam etdirir. SİA-nın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi "Qarabağ"ın yarımmüdafiəçisi Hacıağa Hacılını icarəyə götürmək istəyir. U-21 millisinin kapitanı üçün Ağdam klubuna təklif göndəriləcək.

"Qarabağ" 21 yaşlı futbolçunu ötən mövsüm "Qəbələ"dən transfer edib.

Qeyd edək ki, "Sumqayıt" Vüqar Mustafayev, Amil Yunanov və Sertan Taşqını transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə