Dieqo Maradona Meksikanın "Dorados" klubunun baş məşqçi postundan istefa verib. SİA xəbər verir ki, bu barədə onun vəkili Matias Morla "Twitter" hesabında məlumat yayıb. Vəkilin sözlərinə görə, Maradona səhhətində yaranmış problemlərə görə "Dorados"dakı postunu tərk edib.
"Həkimlər ona sağlamlığına vaxt ayırmağı məsləhət gördülər. O, iki çiynində və dizində cərrahi əməliyyat keçirəcək", - deyə Morla qeyd edib.
Qeyd edək ki, Dieqo Maradona Meksikanın ikinci divizionunda "Dorados" futbol komandasına 2018/19 illər mövsümündə başçılıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB