“Kasımpaşa”nı Kemal Özdeş çalışdıracaq

“Kasımpaşa”nı Kemal Özdeş çalışdıracaq

Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi məlum olub. Klubun rəsmi saytında yer alan məlumatda deyilir ki, Superliqa təmsilçisini Kemal Özdeş çalışdıracaq. Onunla 1 illik müqavilə imzalanıb. Özdeş 2016-2018-ci illər aralığında da “Kasımpaşa”nı çalışdırmışdı.

Xatırladaq ki, iyunun birində bu komandaya İbrahim Üzülməz baş məşqçi təyin olunmuşdu. Lakin təyinatdan 4 saat sonra məşqçi ilə klub rəhbərliyi arasında fikir ayrılığına görə yollar ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə