“Qarabağ” “Səbail” ilə qarşılaşacaq

“Qarabağ” “Səbail” ilə qarşılaşacaq

Bakıda təlim-məşq toplanışında olan “Qarabağ” futbol klubu yoxlama oyununda qüvvəsini sınayacaq. SİA-nın məlumatına görə, Ağdam təmsilçisi “Səbail” ilə qarşılaşacaq.

Matç iyunun 15-i, saat 18:00-da keçiriləcək. Oyun "Azersun Arena"da rellaşacaq.

“Qarabağ”ın Bakıda təlim-məşq toplanışı iyunun 17-nə qədər davam edəcək. Komanda bir gün sonra Avstriyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə