Qadın voleybolçulardan ibarət Azərbaycan yığması növbəti sınağına çıxıb. SİA-nın məlumatına görə, Qızıl Avropa Liqası turnirində mübarizə aparan komandamız V tur çərçivəsində İspaniyanın qonağı olub.
Görüşün ilk setində ev sahibləri rahat qələbə qazanıblar. İkinci və üçüncü setdə komandamız müqavimət göstərsə də, bundan artığına gücü çatmayıb. Bununla da qrupun autsayderi olan yığmamız ardıcıl 5-ci məğlubiyyətini alıb.
Qızıl Avropa Liqası
C qrupu
V tur
İspaniya - Azərbaycan 3:0 (25:12, 26:24, 25:22)
Valyadolid. "Polideportivo Municipal Huerta del Rey"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB