Ramil Şeydayev "Krılya Sovetov"dan ayrıla bilər

Ramil Şeydayev "Krılya Sovetov"dan ayrıla bilər

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev komandasını dəyişə bilər. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 23 yaşlı forvardın "Krılya Sovetov"la müqavilə müddəti bu ayın sonunda başa çatacaq və o, iyulun 1-dən azad agent statusu daşıyacaq.

R.Şeydayevin Samara təmsilçisindən ayrılmaq ehtimalının az olmadığı iddia olunur. Çünki onun Rusiya Premyer Liqasından başqa təklifləri də var. R.Şeydayevin azad agent olması digər klublar üçün də şansdır. O, hazırkı klubu ilə yanaşı, digərləri ilə də danışıq aparır. Ramil çox güman ki, növbəti mövsümü də Rusiya Premyer Liqasında keçirəcək.

Qeyd edək ki, ötən il "Krılya Sovetov" a keçən R.Şeydayev geridə qalan mövsümdə 18 oyun keçirib, 4 qol, 1 qol ötürməsi ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə