Avropanın ən ali futbol qurumu olan UEFA Ukraynaya sanksiya tətbiq etməyəcək. SİA-nın məlumatına görə, bunu Fransanın "L`Equipe" nəşrinə müsahibəsində UEFA prezidenti Mişel Platini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl FİFA və UEFA rəsmiləri Ukraynanın siyasi hakimiyyətinin ölkənin futbol federasiyasının prezidenti İqor Surkisi vəzifəsindən azad etməyə çalışdığını, bu səbəbdən Ukrayna millisinin və klublarının beynəlxalq yarışlardan uzaqlaşdırıla biləcəyini demişdi.
"Ukraynayı qarşı sanksiyalar tətbiq olunmayacaq" - deyə Mişel Platini bildirib.
Qeyd edək ki, son vaxtlar Türkiyədə bəzi azarkeşlər, o cümlədən "Beşiktaş" klubunun bəzi üzvləri Ukraynaya sanksiya tətbiq olunmasını istəyirdi. Məsələ burasındadır ki, Avropa Liqasının 1/16 finalında İstanbul "Beşiktaş"ı Kiyev "Dinamo"su ilə qarşılaşacaq. FİFA və UEFA-nın sanksiyası olacağı təqdirdə isə "Dinamo" Avroliqadan uzaqlaşdırılacaq və "Beşiktaş" avtomatik olaraq 1/8 finala vəsiqə əldə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB