Qılıncoynadanlarımız Türkiyədə AÇ-yə hazırlaşırlar

Qılıncoynadanlarımız Türkiyədə AÇ-yə hazırlaşırlar

Azərbaycan Qılıncoynatma Federasiyasının sablya üzrə qadınlardan ibarət yığma komandası Türkiyənin Antalya şəhərində Avropa çempionatına hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, Avropa çempionatı iyunun 17-dən 22-dək Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.

Sablyaçılarımız iyunun 5-dən etibarən hazırlıqlara başlayıblar. Hazırlıqlar 10 gün davam edəcək və ayın 15-də yekunlaşacaq.

Qeyd edək ki, qitə çempionatında uğurlu çıxış etmək “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq baxımından çox önəmlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə