İspaniyanın "Real Sosyedad" klubu hücumçu transferi reallaşdırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, La Liqa təmsilçisi Almaniya "Borussiya"sının hücumçusu Aleksander İsakı transfer edib. İsveç millisinin üzvü ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. Bu keçid üçün Dortmund klubuna 6,5 milyon avroluq təzminat ödənilib.
19 yaşlı hücumçu ötən mövsümü Hollandiyanın "Villem II" klubunda keçirib və 18 oyuna 14 qol vurub.
Qeyd edək ki, "Borussiya" İsakı 2017-ci ildə İsveçin AIK klubundan 9 milyon avroya almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB