DÇ üçün stadion tikintisi zamanı 1400 nepallı fəhlə həlak olub

Nepal hökuməti 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün stadion tikintisi zamanı 1400 nepallı fəhlənin həlak olması faktını təsdiq edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Almaniyanın WDR şirkəti turnir obyektlərinin tikintisində iştirak edən fəhlələrin ağır həyatlarından bəhs edən sənədli film hazırlayıb.

Nepalın Əmək Nazirliyinin nümayəndəsi filmdən xəbərsiz olduğunu bildirsə də, bir çox həmvətəninin ölüm faktını təsdiq edib.

WDR-in məlumatına görə, ölənlərin qohumları Qətərdən heç bir təzminat almayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə