"Futbolçular meydana çıxmağa hazırdrılar. Miroslav Stox xəstələnib. Digər oyunçuların yoluxmaması üçün onu Bakıya gətirmədik". SİA-nın məlumatına görə, bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, istənilən rəqibə hörmətlə yanaşırlar: "Azərbaycanın millisinin oyununa baxmışıq. Yaxşı kollektivdir. Biz meydana qələbə üçün çıxacağıq".
Çexiyalı mütəxəssis komandasının start heyətini açıqlamaq istəməyib. O, meydanda bəzi dəyişikliklər edə biləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı iyunun 11-i saat 20:00-da "Bakcell Arena"da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB