Qış fasiləsində "Xəzər Lənkəran"a qoşulan və baxışdan uğurla keçən Hristu Romana Kyaku və Nikulae Konstantin Muşatın klubda çıxış etmələri rəsmiləşib. Siasport.az saytı xəbər verir ki, onlarla 1 illik müqavilələr imzalanıb.
Hücumameylli yarımmüdafiəçi olan 24 yaşlı Kyaku komandaya Buxarest "Dinamo"sundan qoşulsa da, son iki ili digər Rumıniya klubu "Timişoaranın" heyətində icarədə keçirib. Futbolçu vaxtilə ölkəsinin 21 yaşlılardan ibarət milli yığmasına da çağırılıb və onun heyətində 3 qola imza atıb. Ölkəsinin müxtəlif klublarından əlavə Polşanın "Visla"sınında şərəfini qorumuş Kyaku üçün "Xəzər Lənkəran" çıxış etdiyi ikinci xarici komandadır.
Ötən ilin dekabrında 24 yaşı tamam olan Muşat isə sol cinah yarımmüdafiəçisidir. Yeni futbolçu Rumıniyanın "Dinamo" Buxarest klubunun yetirməsidir və komandaya məhz oradan gəlib. Nikolae karyerası ərzində icarə əsasında müxtəlif Rumıniya klublarının da formasını geyinib ki, bunlardan "Universitatya Kluj" və "Unireanı" qeyd etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB