İyunun 25-dən 30-dək Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində güləş yarışları keçiriləcək. Oyunlarda ölkəmizi 6 sərbəst, 5 yunan-Roma və 5 qadın güləşçi təmsil edəcək.
Azərbaycan Güləş Federasiyasından SİA-ya verilən məlumata görə, yığmalarımız məsul yarış ərəfəsində son hazırlıq prosesinə start veriblər. Sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz sonuncu təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində keçirlər. Göygöldə daha çox fiziki məşqlər keçirilmişdisə, Bakıda taktiki-texniki çalışmalara üstünlük veriləcək. Yunan-Roma güləşçilərimiz Estoniya və İsveç yığmalarının üzvləri ilə birgə toplanış keçir.
Qadın güləşçilərimiz isə iyunun 8-dən Belarusdadırlar. Oyunların keçiriləcəyi məkana daha öncədən yollanan millimiz yarışadək Minskdə yerli komanda ilə birgə toplanışı davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB