II Avropa Oyunlarında iştirak edəcək yığmamızın üzvləri ilə görüş keçirilib - FOTOLAR

II Avropa Oyunlarında iştirak edəcək yığmamızın üzvləri ilə görüş keçirilib - FOTOLAR

“Minsk 2019” II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan yığmasının üzvləri və nümayəndə heyəti ilə iyunun 10-da Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Minskə yollanacaq millimizin üzvləri ilə yanaşı, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibinin müavini Azər Əliyev, həmçinin federasiyaların rəsmiləri iştirak ediblər.

Ç.Hüseynzadə bildirib ki, yığıncaqda əsas məqsəd nümayəndə heyətini vacib məsələlərlə bağlı məlumatlandırmaqdır. O, komanda üzvlərinin Minskdə qarşılanmaları və yarışda iştirak məsələləri barədə söhbət açıb. Bildirib ki, ölkəmizi “Minsk 2019”da idmançılarla yanaşı, 6 azərbaycanlı könüllü də təmsil edəcək. Həmçinin komandamızın qalacağı yer barədə də ətraflı məlumat verilib.

MOK-un vitse-prezidenti vurğulayıb ki, Oyunların açılış mərasimində idmançıların paradında Azərbaycan 80 nəfərlə təmsil olunacaq. Komandamız Minskə iyunun 18-də yollanacaq. Artıq qadın güləşçilərimiz Minskdə təlim-məşq toplanışındadırlar. Belarusa Bakıdan ilk olaraq cüdo, boks və atıcılıq yığmalarımız gedəcək”.

Tədbir çərçivəsində MOK-un və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin təmsilçiləri tərəfindən “Minsk 2019”la bağlı vacib məlumatlar diqqətə çatdırılıb.

İyunun 21-30-da keçiriləcək II Avropa Oyunlarında Azərbaycan idmanın 11 növü üzrə 80 atletlə təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə