Ukrayna Premyer Liqasında çıxış edəcək növbəti klub bəlli olub. SİA-nın məlumatına görə, Kiyevin Vasilkov rayonunun Kovalyovka kəndini təmsil edən "Kolos" klubu tarixində ilk dəfə yüksək liqada mübarizə aparacaq.
"Kolos" pley-offda Odessa "Çernomorets"ini iki oyundan (0:0, 2:0) sonra məğlub edib və Premyer Liqaya adlayıb.
Qeyd edək ki, paytaxtdan 80 km aralıda yerləşən Kovalyovkanın 1600 nəfər sakini var. "Kolos" 2012-ci ildə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB