UEFA Millətlər Liqasında ən yaxşı gənc oyunçuya SOCAR-ın mükafatı təqdim olunub - FOTO
UEFA-nın ilk dəfə təşkil etdiyi UEFA Millətlər Liqasının ən yaxşı gənc oyunçusuna turnirin sponsorlarından olan SOCAR-ın mükafatı təqdim olunub. SİA-nın məlumatına görə, həmin mükafata Hollandiya millisinin və "Ayaks"ın 22 yaşlı yarımmüdafiəçisi Frenki de Yonq sahib olub.
Lakin onun komandası Millətlər Liqasının qalibi ola bilməyib. Holandiya yığması finalda Portuqaliya millisinə 0:1 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib. Bürünc medalı isə İngiltərə əldə edib.
Millətlər Liqasının ən yaxşı oyunçusu adına isə Portuqaliya millisinin və İngiltərənin "Mançester Siti" klubunun üzvü Bernardu Silva layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB