Millətlər Liqasının A divizionunun qrup qalibləri arasında keçirilən "Dördlər finalı"nın ən sərrast oyunçusu müəyyənləşib. SİA-nın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Portuqaliya seçməsinin kapitanı Kriştiano Ronaldo turnirin bombardiri adına layiq görülüb. Finalda fərqlənə bilməsə də, İsveçrə ilə yarımfinal matçında (3:1) het-trik edən 34 yaşlı superulduz bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, finalda Hollandiyanı 1:0 hesabı ilə məğlub edən Portuqaliya ilk dəfə təşkil olunan Millətlər Liqasının qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB